1 Kasım 2012 Perşembe

Əruz vəzni

Kitabda əruz vəzninin yaranması, xüsusiyyətləri, türkcə-mizə və folklorumuza uyğunluq məsələlərinə toxunulmuĢ, bu vəznin daha asan öyrənilməsi üçün Azərbaycan Ģeirində iĢlənən əruz bəhrlərinin sadələĢdirilmiĢ qəlibləri tərtib edilmiĢdir. Kitab Ģeir vəznləri ilə maraqlanan, o cümlədən əruz vəznini öyrənmək istəyən Ģəxslər üçün nəzərdə tutulmuşdur.

Əruz vəzninin yaranması. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil İbn Əhməd (718-792) olmuşdur. X.İ.Əhmədə qədər isə ərəb şeirində aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir (17):
- Ərəb şeirinin “səc” forması;
- Ərəb şeirinin “rəcəz” forması;
- Ərəb şeirinin erkən əruz forması (VI-VIII əsrlər).
Ərəb şeirinin qədim forması sayılan “səc” şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, “səc” şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də “səc”i “qafiyəli nəsr” də adlandırırlar (17).
Ərəb şeirinin “rəcəz” (buradakı “rəcəz” ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir. “Rəcəz” formasına aid olan şeirlərdə misralarda heca sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik quruluşlarının uyğunlaşması yalnız sözlərin eyni qrammatik və leksik dəyişmələri ilə əlaqədar olaraq təsadüfi xarakter daşımışdır. Yəni, vahid ritmik quruluşun misralarda gözlənilməsi qaydası olmamışdır. Bu şeir forması da “səc” kimi şifahi xalq yaradıcılığının məhsulu (qeyri-professional, spontan forma) kimi qiymətləndirilir (17).
Ərəb şeirinin erkən əruz formasının VI əsrin əvvəllərindən VIII əsrin ortalarına (X. İ. Əhməd təliminin yaranmasına) qədər olan dövru əhatə etdiyi qəbul edilir. Erkən əruz şeirinə aid nümunələrdə vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənilməsi qaydası müşahidə olunur. Ərəb şeirinin bu forması yazılı ədəbiyyatın müəyyən inkişafı ilə əlaqədar olaraq professional və daha yüksək səviyyəli yaradıcılıq mərhələsi kimi qəbul olunur. Belə ki, erkən əruz şeiri müəyyən filoloji biliklərə malik müəlliflər tərəfindən vahid ritmik quruluşun bütün misralarda (beytlərdə) gözlənil-məsi qaydasının şeirə tətbiqi ilə formalaşmışdır. Bu dövrdə nisbətən sadə qəliblərdən (əsasən rəcəz, həzəc və rəməl qəliblərindən) istifadə edilmişdir. Bu dövrdə professional səviyyəli əruz şeiri ilə paralel olaraq şifahi xalq yaradıcılığı forması kimi “səc” və “rəcəz” şeir formaları da öz mövcudluğunu qorumuşdur (17).
X. İ. Əhməd isə əruza daha mürəkkəb və çoxsaylı qəliblər əlavə etmiş, ərəb dilinin ritmik sisteminin və əruzun geniş nəzəriyyəsini yaratmışdır ki, ondan sonrakı ərəb poeziyası məhz həmin nəzəriyyə üzərində inkişaf etmişdir.
Burada əruzun yaranması baxımından çoxsaylı suallar ortaya çıxır. Ən önəmli suallardan biri ondan ibarətdir ki, əruzun əsas xüsusiyyəti olan vahid ritmik quruluşun şeirin bütün misralarında dəqiqliklə gözlənil-məsi qaydası niyə ilk dəfə məhz ərəblər tərəfindən şeirə tətbiq olunmuşdur? Əruzşünaslıqda adətən bu ərəb dilinin uyğun xüsusiyyəti (?) ilə əlaqədar olaraq bir tarixi zərurət kimi qiymətləndirilir. Lakin, bunun ərəb dilinin məhz hansı özəlliyi olduğu lazımınca araşdırılmamışdır. Əgər bu xüsusiyyət əruz qəliblərini formalaşdıran ritmik vahidlərin ərəb dilində və ərəb folklorunda mövcud olmasıdırsa, həmin ritmik vahidlərin demək olar ki, hər biri türk dilində və türk folklorunda da mövcuddur (buna real misalları növbəti bölmələrdə görəcəyik). Deməli, həmin qaydanın ilk dəfə türk şeirinə tətbiq olunması da nəzəri cəhətdən mümkün idi. Bəlkə də sadəcə olaraq, yazılı ədəbiyyatın və filologiyanın ərəblərdə daha tez formalaşması həmin qaydanın ilk dəfə məhz ərəb şeirinə tətbiq olunmasına zəmin yaratmışdır. Hər halda bu da bir versiyadır. Yeri gəlmişkən, ərəb əruzunun yaranmasın-dan xeyli əvvəl oxşar qaydanın ərəb dilindən tamam fərqli dildə olan qədim yunan şeirinə də tətbiq olunuğu məlumdur (1).
İstənilən halda əruz qəliblərində dövri təkrarlanan ritmlər dilimizdə və folklorumuzda varsa və hətta bu ritmlər xalq musiqimizin əsasında dayanırsa, təkcə bu fakt əruzun bizə yad olmadığıni deməyə əsas verir.z

Rəməl sözünün mənası

Rəməl sözü lənərmək,dalğalanmaq,ağır-ağır yəni ləngərlənə ləngərlənə yerimək mənasını bildirir.Bu bəhrdə yazılan şerdə əzəmət ,vüqar,dalğalılıq özünü gostərrir.

Edebiyyat

Edebiyyat heyati,insanin hislerini, dushuncelerini,arzu ve isteklerini obrazli shekilde eks etdiren soz senetidir.Heyati eks etdirmek edebiyyatin esas meqsedidir.Tesadufi deyil ki, qedim yunan filosofu Aristotel edebiyyati teqlidi senet , yeni heyati ve insanlari yamsilama seneti adlandirmishdir.Heyati eks etdirmek edebiyyati elme yaxinlashdirir.Edebiyyat dedikde muxtelif elm sahelerine dair menbelerin cemi nezerde tutulur:siyasi edebiyyat,texniki edebiyyat,tibbe dair edebiyyat ve .s.Amma elmden ferqli olaraq , edebiyyat heyati bedii texeyyul esasinda eks etdirir.Heyati ve insanlari bedii texeyulle, yeni obrazli shekilde eks etdirmek edebiyyati elmden ferqlendirise , incesenetin diger sahelerine yaxinlashdirir.Bu menada edebiyyat bir nov incesenetin novudur. Edebiyyat sozu edeb (merifet) sozunden goturulmushdur.Edebiyyatin vezifelerinden biri insanlara zovq vermekdirse , biri de insanlari terbiye etmek,onlari menevi cehetden zenginleshdirmekdir.Edebiyyati oyrenen elme Edebiyyatshunasliq deyilir.Edebiyyatshunasliq elminin 3 esas sahesi var: 1.Edebiyyat tarixi 2.Edebiyyat nezeriyyesi 3.Edebi tenqid Azerbaycan edebiyyati tarixi bu dovrlere bolunur: 1.Qedim dovr-(13 cu esre qeder) 2.Orta dovr-(13 esr-17 esr) 3.Yeni dovr-(17esr - 20 esr) 4.En yeni dovr-(20 esrden sonraki) Azerbaycan edebiyyatinin umumi ideya-bedii istiqameti ve aparici prinsipleri turkchuluk,islamchiliq,muasirlikle baglidir.Hemin ideya-bedii istiqametler bu ve ya diger derecede edebiyyatimizin tarixi dovrlerinin her biri uchun seciyyevi olmushdur. Bedii edebiyyatin iki qolu var: 1.Shifahi xalq edebiyyati (folklor) 2.Yazili edebiyyat