Edebi Tenqid

"Azərbaycan" ədəbi-bədii jurnalının 2008-ci il tarixində nəşr olunan 10-cu sayında, nəsr hissəsində bir əsər diqqətimi çəkdi. Yazıçı Gülüş Ağaməmmədovaya məxsus bu əsərin qəribə bir başlığı vardı. "KABUS ŞƏHƏR" və aşağıda belə bir cümlə vardı, -az qala fantastiq əhvalat. Əsəri oxumağa başladım düzü iki səhifəni bitirirdim, amma hələ də əsərdə nədən və hansı əhvalatdan söhbət getdiyini başa düşə bilmirdim. Birtəhər əsəri oxuyub bitirdim. Başlıqda yazılan kiçık cümlə yadıma düşdü-"az qala fantastiq əhvalat" fantastiq əhvalat sözü bir tərəfə dursun bəs az qala bu nə demək idi başa düşmədim. Onda belə çıxır ki, Gülüş xanım özü yazdığı əsəri elə bu başdan, siftəni özü edərək tənqid edib. Ya birdəfəlik yazardınız ki, fantastiq əhvalat ya da heç bu cümləni yazmasaydınız lap yaxşı olardı. Hələ başlığını demirəm-"Kabus şəhər". Bu adı oxuyanda düşündüm ki, yəqin əsərdə hansısa kabusları, qəribə məxluqları olan şəhərdən söhbət gedəcəkdi. Amma sonra yanıldığımı anladım. Gülüş xanım mənə elə gəlir ki siz əsərin adını belə düzgün qoymamısınız. Çünki əsərdə baş verənlərin şəhərlə yox, şəhərdə yaşayan insanlarla və ən əsası telefonla daha çox əlaqəsi var. Odur ki, əsərə insanlarla, ya da telefonla bağlı nəsə başqa başlıq vermək daha düzgün olardı. Mən bir neçə maraqlı başlıq fikirləşmişəm-"Telefonla söhbət", "telefonun sirri"və s. Keçək əsərin məzmununa.Elə birinci abzasin yəni əsərə verilən giriş hissəsi ilə ikinci hissəsi uyğunluğu pozur.Necə yəni? Məlik Qafur belə çıxır ki, heç vaxt evdən çıxmayıb ya da ki, heç o şəhərdə yaşamıyıbmış ki?oradakı dəyişiklikləri görməyibmiş?Axı hər gün o işə gedirdi.Necə oldu ki, o dəyişiklikləri, şəhərin qəribəliyini məhz o gün görəsi oldu.Burada dolaşıq fikirlər çoxdur.Çünki əsərin ortalarında siz onun iş adamı olduğunu qeyd etmisiniz.Qəribə də elə burasındadır ki, iş adamı olasan, hər gün eyni yolla işə gedib gələsən və bütün baş verən dəyişikləri də birdən-birə görəsən.Sonra digər bir abzasda Məlik Qafur bir qızla qarşılaşır, elə ilk görüşdən başqa şəylər fikirləşir, ürəyindən başqa niyyət keçir.Onda belə çixir ki, o hava almağa deyil, başqa şeyə görə çıxıbmış?! Qafurun bu hərəkəti muasir oğlanların hərəkətinə çox bənzəyir. Əsərdə bir hissə var ki, Gülüş xanım orada kobud səhvə yol verib. Belə ki, orada bizim mədəniyyətimizə uyğun olmayan, yəni o sözü biz məişətdə işlədə bilərik.O da bu sözü ən çox əks cinsin nümayəndələri işlədir.Axı siz qadın xeylağı həm də təhsilli biri bu sözü işlətməyinizin heç yeri yox idi.O sözün yerinə (zibil) ya da (problem) və ya başqa söz tapa bikərdiniz.Yazmış olduğunuz kobud sözdü.Bərbad, gülməli əsəri daha da bərbad göstərir.Gülüş xanım biz artıq müstəqil ölkədə yaşayırıq.Bu da o deməkdir ki, bizim öz sözlərimizlə zəngin olan doğma dilimiz var.Sizə məgər məcbur ediblər ki, bu əsərdə mütləq rus sözləri işlətməlisiniz?Rus sözlərindən əsərdə bir neçə yerdə istifadə etmisiniz.Bu da əsərin səviyyəsini daha da aşağı salır. Ümumiyyətlə mən bu əsərdə maraqlı heç nə görmədim.Gülüş xanım siz bu əsəri yazmaqla bizə nəyi çatdırmaq istədiyinizi mən anlamadım.Adətən oxucu nəyisə oxuyanda istər şer, istər nəsr onda müəyyən bir ideya aşılanır.İnanın mən bu əsəri oxudum, bu əsər məndə heç nə aşılamadı, əksinə nəsrə olan marağımı azaltdı.Çünki əsərdə baş verən hadisələrlə telefonda baş verən hadisələr və qızla Qafurun söhbəti bunların heç biri uyğun gəlmir.Yalnız Məlik Qafurla polis işçilərinin söhbətləri uyğun gəlir.Telefonda baş verənlərin isə heç yeri yoxdur.Ümumiyyətlə bu əsərin bizim bu günümüzə təsiri yoxdur.Məncə bu günki gənclərə və biz oxuculara daha təsirli və daha mənalı əsərlər yazsanız daha yaxşı olar.Hörmətli Gülüş xanım bəlkə mənim bu tənqidimin də düzgün və səhv tərəfləri var.Amma məni başa düşmək olar çünki, mən ikinci kurs tələbəsiyəm və bu da mənim tənqid etdiyim ilk əsərdir.Amma siz yəqin ki, bir neçə belə əsərlər yazmısınız.Sizdən xahiş edirəm ki, yazdıqlarınızı özünüz dönə-dönə oxuyun, sonra nəşrə verin.Çünki bu jurnalın oxucuları çoxdur.Belə əsərlər oxucuların jurnala olan həvəsini azalda bilər.  

Hiç yorum yok:

Yorum Gönder